Dünya 22:37 19.12.2013

BMT-nin bazasına hücum edildi: ölənlər var

Cənubi Sudanda silahlılar neftçilərin sığınacaq tapdıqları BMT-nin bazasına hücum ediblər.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, BMT-nin mətbuat katibinin müavinin sözlərinə görə, baş vermiş toqquşmalarda ölənlərin də olduğu istisna olunmur. Hazırda ölənlərin sayı barədə məlumat yoxdur.   

Qeyd edək ki, dekabrın 15-də bir qrup silahlı şəxsin hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnib. Silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 500-ü keçib.

Bundan əvvəl Cənubi Sudanda qarşıdurma nəticəsində 16 neftçinin öldüyü bildirilmişdi. 

Qaynar.info