Xəbər lenti

BMT-nin iqlim konfransında qadın nümayəndələr təcavüzə məruz qalıb - FT
Dünya 19:30 18.06.2023

BMT-nin iqlim konfransında qadın nümayəndələr təcavüzə məruz qalıb - FT

Misirdə keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP27) qadın nümayəndələr kişi nümayəndələr tərəfindən zorakılıq, sui-istifadə və cinsi təcavüz barədə məlumat veriblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

COP27 noyabrın 6-dan 20-dək Şarm Əl-Şeyxdə keçirilib. Konfransda iştirakçılar kasıb ölkələrə yardım fondunun yaradılması barədə razılığa gəliblər. Çətin və gərgin danışıqlara görə konfrans iki gün uzadılıb.

Meksika nümayəndə heyətinin rəhbəri Camila Zepeda FT-yə bildirib ki, o, cinsi təcavüzə məruz qalıb və kişi nümayəndədən "qəbuledilməz mesajlar" alıb. Lakin ad açıqlamayıb.

Xanım Zepeda izah edib ki, o, qadınların BMT-də təqiblərə məruz qalması ilə əlaqədar danışmaq qərarına gəlib. Qeyd edib ki, təşkilat fəal tədbirlər görməlidir. 

FT mənbəsi nəşrə bildirib ki, COP27-də bu kimi başqa təqib halları da olub.

Kişi nümayəndələr tərəfindən qadınlara qarşı təzyiqlər fonunda 20-dən çox ölkə etiraz məktubu yazıb. Bura Meksika, ABŞ, Böyük Britaniya, Almaniya, Peru və Kanada qoşulub. Məktubda onlar konfransın təşkilatçılarını "danışıqçılarla necə rəftar edildiyinə” diqqət yetirməyə çağırıblar.

2023-cü ildə COP28 BƏƏ-də keçiriləcək. Almaniyanın Bonn şəhərində ona hazırlıq tədbirləri keçirilir və burada əsas konfransda müzakirə olunacaq mövzular müzakirə olunur. 

FT-nin məlumatına görə, Bonnda da təcavüz halları olub. Avropa ölkələrindən birindən olan adı açıqlanmayan qadının sözlərinə görə, Bonnda son iki həftə ərzində real zorakılıq və təcavüz halları baş verib, qadınlar nalayiq ifadələrlə və qorxuducu davranışlarla qarşılaşıblar. Qəzetin digər həmsöhbətləri ittihamların bəzilərinin Meksika nümayəndə heyətinin qadınları tərəfindən irəli sürüldüyünü qeyd ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->