Dünya 11:12 10.05.2013

BMT-nin qarşısına mina döşədilər

"Minasız dünya" adı altında keçirilən sərgidə BMT-nin sənət qalereyasında minalı ərazi düzəldilib. 

Qaynar.info-nun məlumatına görə, çəmənliyə düzülən minaların yanına karton qutuların içinə protez ayaqlar qoyulub. 

Beynəlxalq humanitar yardım təşkilatı olan Handicap International və BMT-nin Mina Əleyhinə Xidməti tərəfindən təşkil olunan sərgi BMT-nin Mərkəzi Qonaq Lobbisindəki əsas qalereyada təşkil olunub. 

Minasız Dünya 20 il əvvəl başladılan beynəlxalq minaların qadağan edilməsi kampaniyasına diqqət yönəltmək məqsədini güdür. Çoxlu sayda mina növünün yer aldığı sərgidə Əfqanıstan, Kosovo, Liviya, Vyetnam və Laosda fotoqraflar tərəfindən çəkilmiş əsərlər də nümayiş olunur. 

Qaynar.info