Foto 18:00 16.08.2018

BNA: Avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb (FOTOLAR)

Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

O bildirib ki, hazırda ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün şərait yaradılır.