Ölkə 17:32 08.01.2019

BNA parkinqlərdəki qiymət artımını təsdiqləmir (AÇIQLAMA)

Bakıda parkinq qiymətləri artırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə BakuPost saytı yazıb. Məlumata görə, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Qaynarinfo-ya açıqlamasında tariflərlə bağlı yeni bir qərar olmadığını deyib. O, bildirib ki, hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında eyni zamanda Neftçilər prospekti-Hökümət evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.

"Bu istiqamətdə ciddi iş aparılmaqdadır. Bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq. Tariflərlə bağlı yeni bir qərar olacağı halda təbii olaraq ictimaiyyətə əvvəlcədən məlumat veriləcək".
 
Çingiz Səfərli