Dünya 17:28 10.11.2019

Boliviyada təkrar seçkilər keçiriləcək

Boliviyada növbəti dəfə prezident seçkiləri keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkə rəhbəri Evo Morales məlumat verib. O bildirib ki, sabitliyin bərpa edilməsi üçün 20 oktyabrda baş tutan seçkilər yenilənəcək.

Qeyd edək ki, keçən ay keçirilən seçkidə Evo Morales rəqibi Karlos Mesa üzərində qələbə qazanıb. K.Mesa isə seçkinin nəticəsini qəbul etmədiyini bəyan edib və xalqı küçələrə səsləyib. Həmin tarixdən etibarən nəticələrə etiraz edən minlərlə insan Boliviya küçələrinə axışaraq E.Moralesi hakimiyyəti təhvil verməyə səsləyir. Bu günə qədər nümayişlərdə 3 nəfər ölüb, 400-ə yaxın insan xəsarət alıb.

Gülşən