Foto 17:58 06.08.2018

Bolonyadakı partlayışda 20 nəfər yaralanıb (YENİLƏNİB)

İtaliyanın Bolonya şəhərindəki hava limanının yaxınlığında baş verən partlayış və yanğın nəticəsində ən azı 20 nəfər yaralanıb.

Qaynarinfo "Rainews24" telekanalına istinadən xəbər verir ki, hadisəyə benzin daşıyan avtomobilin partlaması səbəb olub.

***17.08

İtaliyanın Bolonya şəhərində hava limanı yaxınlığında böyük partlayış baş verib.

Qaynarinfo Daily Star-a istinadən xəbər verir ki, qəzadan sonra şəhəri duman bürüyüb. Əraziyə təcili tibbi yardım qrupu və helikopter cəlb edilib. 

Yaxınlıqdan keçən sürücülərə xəbərdarlıq edilib. 

Gülşən