İdman 14:57 12.08.2013

Bolt yenə uçdu - VİDEO

Moskvada keçirilən Dünya Atletizm Çempionatında kişilərin 100 metrə qaçışında yamaykalı Useyn Bolt yenə birinci olub. 

Qaynar.info-nun məlumatına görə, Bolt 100 metrlik məsafəni 9.78 saniyəyə qaçaraq bütün rəqiblərini geridə qoyub. 

Amerikalı atlet Castin Qatlin 9.85-lə ikinci, Boltun həmyerlisi Nesta Karter 9.95-lə üçüncü yeri tutub. 

Qaynar.info