Dünya 11:33 20.10.2019

Boris Conson Aİ-dən "Brexit"in təxirə salınmağını istədi

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqından "Brexit" prosesi üçün vaxt istəyib.

Qaynarinfo xəbər verir ki, hökumət rəhbəri məktub göndərərək Aİ-dən 31 yanvara qədər vaxt istəyib. O, məktuba imza atmaqdan imtina edib.

"Brexit" prosesinin 31 oktyabrda yekunlaşması planlaşdırılırdı.

Qeyd edək ki, B.Conson daha əvvəl İngiltərənin Aİ-ni tərk etməsini nəzərdə tutan "Brexit"in təxirə salınmayacağını açıqlamışdı.

Gülşən