Dünya 09:18 20.04.2013

Boston partlayışlarında şübhəli bilinən şəxs saxlanılıb


Bostonda terror aktı törətməkdə şübhəli bilinən çeçen əsilli Cohar Tsarnayev həbs olunub. Bu barədə CNN telekanalı xəbər yayıb.

Verilən məlumata görə, Tsarnayev sağdır, lakin ağır yaralıdır. Boston polisinin məlumatına görə o, Uotertaun şəhərində katerdə gizlənirdi.

Xatırladaq ki, Boston polisi bu terror aktını törətməkdə çeçen əsilli Sarnayev qardaşlarından şübhələnir. Qardaşlardan böyüyü 26 yaşlı Tamerlan bir gün əvvəl polislə atışmada öldürülüb. 19 yaşlı Cohar Tsarnayev isə axtarışda idi.

Bostonda terror aktının törədilməsində şübhəli bilinən 19 yaşlı Cohar Tsarnayev vaxtilə Qırğızıstandan Rusiyaya gəlib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə onun ibtidai sinifdə oxuduğu Mahaçqala gimnaziyasından telefonla bildiriblər.

"Bizim belə bir şagirdimiz olub. 2011-ci ildə birinci sinifdə oxuyub. Bir il oxuduqdan sonra ABŞ-a gedib", - mənbə qeyd edib.

Onun sözlərinə görə, Tsarnayev Qırğızıstandan olan qaçqın ailəsindəndir.

Trend