Dünya 18:01 19.04.2013

Boston terrorunu çeçen törədib!

Bostonda terror aktının törədilməsində şübhəli bilinən 19 yaşlı Cohar Tsarnayev vaxtilə Qırğızıstandan Rusiyaya gəlib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə onun ibtidai sinifdə oxuduğu Mahaçqala gimnaziyasından telefonla bildiriblər.

"Bizim belə bir şagirdimiz olub. 2011-ci ildə birinci sinifdə oxuyub. Bir il oxuduqdan sonra ABŞ-a gedib", - mənbə qeyd edib. Onun sözlərinə görə, Tsarnayev Qırğızıstandan olan qaçqın ailəsindəndir.

Bundan əvvəl məlumat verilirdi ki, Boston marafonunda terror aktını təşkil etməkdə şübhəli bilinən hər iki şəxs əslən Çeçenistandandır.

"Bostonda terror aktını törətməkdə şübhəli bilinən hər iki şəxs Rusiyanın Çeçenistan yaxınlığında yerləşən regionundandır, onlar ən azı bir il ərzində ABŞ-da yaşayıblar", - AP agentliyinin məlumatında bildirilir. Eyni zamanda, bəzi ABŞ KİV-ləri hesab edir ki, hər iki şübhəli şəxs milliyyətcə çeçendir.

Agentliyin məlumatına görə, sağ qalan şübhəli şəxsin adı Cohar Tsarnayevdir. Onun 19 yaşı var.

Qaynar.info