Maqazin 17:14 04.01.2018

“Bozbaş pictures”in Fəlakəti evlənir: “Tamam başqa sahənin adamıdır”

"Bozbaş Pictures”in Fəlakəti Elşən Orucov subaylığın daşını atmaq fikrindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə yenicag.az-a açıqlama verən aktyor 2018-ci ildə toyunun olacağını deyib: "Komandamızda demək olar ki, hər kəs evlidir, Azər Baxşəliyevlə məndən başqa. Azər nişanlıdır. Elə mən də bu il subaylığın daşını atmaq fikrindəyəm”.

Maraqlıdır, görəsən Elşənin seçdiyi qız pərəstişkarlarından deyil ki?

Aktyorun cavabı belə olub: "Pərəstişkarlarım məni yox, Fəlakəti sevirlər. İşlə şəxsi həyatı qarışdırmıram. Sevdiyim qız tamam başqa sahənin adamıdır. İnşallah, toyum olanda, hamı biləcək. Bu günah deyil ki, gizlədim”.

E. Orucov seçim edərkən, xarici deyil, daxili gözəlliyə önəm verdiyini də gizlətməyib: "Təbii ki, mənim üçün gözəllik də önəmlidir, amma xasiyyət pis olandan sonra, o gözəllik də adamın gözünə görünmür. Buna görə də fikirləşirəm ki, xasiyyət birincidir. Əgər içi gözəldirsə, mütləq üzünə vuracaq”.