Video 10:02 03.07.2019

Braziliya Argentinanı Amerika Kubokundan kənarlaşdırdı (VİDEO)

Braziliya milli komandası Amerika Kubokunun yarımfinalında əzəli rəqibi Argentina yığması ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyun 5-qat dünya çempionlarının qələbəsi ilə nətiçələnib - 2:0.

Braziliyalılar hər taymda bir dəfə fərqlənə biliblər: qolları hücumçular Qabriel JezusRoberto Firminyo vurublar. 

Beləliklə, Braziliya yığması Amerika Kubokunun finalına vəsiqə qazanıb və iyulun 7-də həlledici görüşdə Çili - Peru cütlüyünün qalibi ilə garşılaşacaq.