İdman 17:57 28.05.2018

Braziliya "DÇ-2018" üçün rekord mükafat ayırdı: 35 milyon dollar

Braziliya Futbol Federasiyası (CBF) yığmanın Rusiyada keçiriləcək dünya çempionatında qalib gələcəyi təqdirdə futbolçulara veriləcək pul mükafatının məbləğini açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, CBF oyunçuların və məşqçilərin təltif olunması üçün 35 milyon dollarlıq mükafat fondunun nəzərdə tutulduğunu açıqlayıb.
  
Dünya çempionu olacaqları təqdirdə braziliyalı futbolçulara və komandanın məşqçilər heyətinin üzvlərinə adambaşına bir milyon dollar mükafat veriləcək.

Bu, gerçəkləşəcəyi təqdirdə futbol üzrə dünya çempionatlarının tarixində indiyədək nəzərdə tutulan ən yüksək məbləğli mükafat olacaq.