Foto 18:11 15.09.2018

Braziliya futbolunun əfsanəsi hamburger satır (FOTO)

Braziliya futbolunun əfsanəsi Artur Zikonun yeni işi hər kəsi təəccübləndirib.
 
Qaynarinfo xəbər verir ki, ötənlərin məşhur futbolçusu öz markası ilə hamburger satmağa başlayıb. Hazırda yapon klubu "Kaşima Antlers"i çalışdıran mütəxəssis özünü futboldan sonrakı həyata hazırlayır. 
 
Bir yük maşını alan mütəxəssis bu avtomobili "Ziko Yemək Maşını" adlandırıb. Maşında Zikonun adı ilə hazırlanan hamburgerlər satılır. 
 
Məşhur futbolçu özü də bununla bağlı açıqlama verib. O "Məncə hamburger gözəl və hər kəsin yeyə biləcəyi yeməkdi" sözlərini işlədib. Menyudakı burgerlər növlərinə görə fərqli adlandırılıb. Bu da futbolla bağlıdı. Məsələn "Flamenqo"da geydiyi 10 nömrəli forma ilə məşhurlaşan Ziko menyudakı növlərdən birinin adını "10 nömrə" qoyub.