İdman 13:04 16.04.2014

Braziliya millisinin sabiq üzvü "Xəzər Lənkəran" niyə gəlməyib?

"Xəzər Lənkəran"ın qışda heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Mustafa Dənizlinin başçılıq etdiyi komanda Leozinyonu heyətinə qatmaq istəyib.

Bu barədə Yunanıstanın AEL (Kalloni) klubunda top qovan braziliyalı futbolçu özü məlumat verib. Leozinyo bildirib ki, özü də "Xəzər Lənkəran"a keçməkdə maraqlı olub. Lakin son anda transfer baş tutmayıb. O, həmçinin Cənubi Kiprin APOEL klubunun da maraq dairəsində olduğunu bildirib.

Qeyd edək ki, tam adı Leandro Sales de Santana olan futbolçu 2011-ci ildən çıxış etdiyi AEL-də 103 oyun keçirib və 29 qol vurub. 28 yaşlı yarımmüdafiəçi əvvəllər Braziliyanın "Vasko da Qama", "Sport Rekife", "Treze", Yunanıstanın "Olimpiakos", OFİ, "Apollon", "Panserraikos" və Almaniyanın "Ayntraxt" (Braunşveyq) klublarında çıxış edib. O, Braziliyanın U-20 yığmasının da formasını geyinib.

Qaynar.info