Ekonomiks 16:45 04.02.2019

Brexit 1,7 milyon insanı daha da yoxsullaşdıracaq

Böyük Britaniyanın Avropa Birliyindən ayrılması sadəcə Avropanın deyil, eyni zamanda inkişafda olan ölkələrin də iqtisadiyyatına mənfi təsir göstərəcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya İnkişaf İnstitutunun hazırladığı hesabatda qeyd olunub. Bildirilir ki, Avropa Birliyinin inkişafda olan 49 ölkə ilə imzaladığı EBA (Everyting But Arms) sazişə görə, bu ölkələrin Avropa birliyinə ixracatından görük rüsumu alınmır,  ancaq Brexitin baş tutacağı təqdirdə bu ölkələr İngiltərə bazarına EBA sazişi ilə girə bilməyəcəklər.

Ən çox zərər edən ölkələrin siyahısında birinci sırada İngiltərəyə illik 7,7 faiz məhsul ixrac edən Kamboca olacaq.

Hesabata görə Brexit EBA sazişi bağlanmış ölkələrdə yaşayan 1,7 milyon insanı daha da yoxsullaşdıracaq.

Həmçinin qeyd olunur ki, dəqiq hesablanmasa da Brexitin olması funt-sterlinqin dəyərinin aşağı düşməsinə, yardım və sərmayə qoyuluşunun azalmasına da gətirib çıxara bilər.