Video 17:44 10.08.2018

Brilliant Dadaşova oğlunun doğum günündə ağladı (VİDEO)

Avqustun 9-da Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev doğum gününü qeyd edib.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, şəhər restoranlarının birində keçirilən ad günündən olan görüntüləri Cahad şəxsi İnstaqram hesabında paylaşıb.

Onun ad günündə atası və qohumları ilə yanaşı xalq artisti Zülfiyyə Xanbabayeva da iştirak edib.

Oğlunu bərk-bərk qucaqlayan Brilliant Dadaşova göz yaşlarına hakim ola bilməyib.