Maqazin 14:38 14.07.2015

Brilliant İlhaməni saymadı -VIDEO

Xalq artisti Brilliant Dadaşova bəstəkar Fikrət Əmirovun “Neyləmişəm” mahnısını Türkiyədə işıqüzü görən yeni albomuna daxil edib. 

Qaynar.info publika.az-a istinadən xəbər verir ki, sənətçi xalq artisti İlhamə Quliyevanın qadağasına baxmayaraq, həmin mahnını ANS-in efirində də oxuyub.

Qeyd edək ki, primadonna həmkarına bu mahnını oxumağa qadağa qoyub, Brilliant Dadaşovanın bu mahnını efirdə ifa edəcəyi halda onu məhkəməyə verəcəyini bildirib.

Xatırladaq ki, mahnının varisi, Fikrət Əmirovun oğlu Cəmil Əmirov publika.az-a müsahibəsində atasının “Neyləmişəm” mahnısını oxuması üçün  Brilliant Dadaşovaya icazə verdiyini demişdi.

Qaynar.info