Dünya 15:17 17.01.2019

Britaniya parlamenti baş nazirin "B planı"nı bu tarixdə müzakirə edəcək

Böyük Britaniya parlamenti 29 yanvarda növbəti "Brexit" səsverməsini keçirəcək.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, parlament üzvləri baş nazir Tereza Meyin "B planı"nı 12 gün sonra müzakirə edəcək. 

Qeyd edək ki, baş nazirin Avropa İttifaqı ilə əldə etdiyi "Brexit" razılaşması ötən günlərdə parlament tərəfindən rədd edilib. 

Böyük Britaniya 29 martda "Brexit" prosesini yekunlaşdıraraq Aİ-ni tərk etməyə hazırlaşır.

Gülşən