Böyük Britaniya parlamenti Avropa İttifaqı ilə əldə olunmuş "Brexit" razılaşmasının əleyhinə səs verib.

Qaynarinfo xəbər verir ki, İcmalar Palatasının 432 üzvü razılaşmanın əleyhinə, 202-si lehinə səs verib. Baş nazir Tereza Meyə parlamentə yeni plan təqdim etməsi üçün 3 gün vaxt verilib. Baş nazir addımı böyük yanlış adlandıraraq Brüsselə gedib yeni razılaşma imzalamayacağını deyib və parlamentin qərarına etiraz edib.

Müxalifət lideri Sol Partiyanın rəhbəri Ceremi Korbin növbədənkənar seçki variantını təklif edərək hökumətin yenidən qurulmasının vacibliyini vurğulayıb. 

Qeyd edək ki, bu fakt Britaniya hökumətinin 1924-cü ildən bəri ən böyük məğlubiyyəti hesab edilir.

Gülşən