Dünya 12:16 10.10.2018

Britaniyada "intiharın qarşısını alma" nazirliyi yaradıldı

 
Böyük Britaniyanın baş naziri Tereza Mey Ceyki Doyl-Praysı intiharların qarşısını alma üzrə nazir təyin edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir bu barədə qərarı Dünya Psixoloji Sağlamlıq günü münasibətilə Londonda keçirilən sammitdə qəbul edib.

49 yaşlı Prays Mühafizəkarlar Partiyasının üzvüdür və Britaniyanın Avropa İttifaqını tərk etməsini nəzərdə tutan "Brexit" prosesinə müxalif mövqeyi ilə tanınır.

Gülşən