Britaniya Avropa İttifaqı sıralarını tərk etdikdən sonra (Breksit) ciddi maliyyə çətinlikləri ilə üzləşə bilər.

Bu barədə "Bloomberg” məlumat yayıb.

"Britaniya əmək bazarında olan sabitlik, vətəndaşların daha çox kredit götürməsinə və daha az əmanət qoymasına yol açıb. Əhalinin kredit borclarının yüksək olması onları faiz dərəcəsinin və ya işsizlik səviyyəsinin qalxdığı hallarda iqtisadi çətinliklərə qarşı daha həssas edir”deyə nəşrdə qeyd olunur.

Britaniyada işsizlik səviyyəsi 1970-ci illərdən bəri ən aşağı səviyyədə olsa da, iqtisadi artım digər "G7”ölkələri ilə müqayisədə ən aşağı səviyyədədir və "Breksit” prosesindən sonra ölkənin maliyyə böhranına qurşanacağı istisna edilmir.(oxu.az)