"Broadcom Inc" şirkəti dünyanın "Software" nəhənglərindən olan "CA Technologies"in alışı məsələsində razılıq əldə edib.

Qaynarinfo Wall Street Journal-a istinadən xəbər verir ki, "Broadcom" "CA Technologies" üçün 18,9 milyard dollar pul ödəyəcək. 

Qeyd edək ki, "Broadcom" ötən aylarda telekommunikasiya məhsullarının istehsalı ilə məşğul olan "Qualcomm"u almağa çalışmış, lakin hüquqi məsələlərdə yaranan problemə görə bu istəyinə nail ola bilməmişdi. 

Gülşən