Dünya 11:01 13.10.2018

Brunson Almaniyada ABŞ bayrağını öpdü

Terror təşkilatları üçün cinayətlər törətdiyi və cəsusluq etdiyi iddiası ilə ittiham edilən amerikalı keşiş Brunson həbsdən azad edildikdən sonra Türkiyəni tərk edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, onun təyyarəsi ABŞ-a doğru yola çıxmadan öncə Almaniyada dayanıb. ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenel tərəfindən qarşılanan Brunson hava limanında ABŞ bayrağını öpüb.