Dünya 14:57 17.09.2018

Brüssel polisi miqrantın hücumuna məruz qaldı

Belçikanın paytaxtı Brüsseldə polis bıçaqlı hücuma məruz qalıb.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, sığınacaq axtaranların yerləşdiyi ərazinin yaxınlığında yatan 2 nəfər polis işçiləri tərəfindən oyadılıb və onlardan ərazini tərk etmələri istənilib. Miqrantlardan biri bu tələbi rədd edib və polislərə bıçaqla hücuma cəhd edib. Polis işçilərindən birini başından yaralayan şəxsə atəş açılıb və o, ağır yaralanıb.. Təhlükəsizlik əməkdaşları həmçinin dəyənək və qazla hücuma müdaxilə edib.

Gülşən