Ekonomiks 17:51 15.08.2019

BŞİH-in binasının layihə-smeta sənədləri üçün 212 min manat ayrıldı

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir ediləcək.

Qaynarinfo xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsi açıqlanıb.

Tenderin qalibi "Arch Style” MMC olub. "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün "Arch Style” MMC-yə 212 min 400 manat ödəyəcək.