Dünya 15:27 21.11.2017

Bu adam 2021-ci ildən gəlib: gələcəkdə bizi nələr gözləyir? (İDDİA)

Ötən günlərdə Rusiyada ortaya çıxan uşaq daha öncəki həyatında Marsda olduğunu söyləyərək dünya ictimaiyyətinin diqqətini cəlb etmişdi.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "Marslı uşaq"dan sonra indi də 2021-ci ildən gəldiyini söyləyən başqa biri peyda olub və gələcəkdən xəbərlər gətirdiyini iddia edir.

İngilis mətbuatında yer alan məlumata görə, Paranormal Elite adlı saytla əlaqə yaradan "sirli adam" 2021-ci ildən gəldiyini və gizli bir hökumət layihəsi üçün çalışdığını bildirib.

Anoreksiya xəstəsi və depressiyada olduğu deyilən şəxs 50 yaşında olduğunu, lakin 25 yaşında görünməsi üçün xüsusi dərmanlar qəbul etdiyini deyib.

Öldürüləcəyi qorxusu ilə Cənubi Amerikada yaşadığını söyləyən "sirli adam" video müsahibə də verib. Videoda üzü göstərilməyən şəxsin səsi də dəyişdirilib.

"Gələcəkdən gələn adam" gələcək barədə bunları deyib:

- Zamanda səyahət 2003-cü ildə kəşf edilib, lakin 2028-ci ildən tez ictimaiyyətə təqdim edilməyəcək.

- Tramp 2020-ci ildə yenidən prezident seçiləcək.

- 2021-ci ildən etibarən təxminən 1000 kilometr məsafə qət etməyi bacaran elektriklə çalışan avtomobillər istifadəyə veriləcək.

- "Google Glass"dan qısa zamanda bütün dünyada geniş şəkildə istifadə olunmağa başlanılacaq. Normal eynək kimi görünən cihaz demək olar ki, kompüterin yerinə yetirə bildiyi bütün funksiyaları yerinə yetirməyə imkan yaradacaq.

Paranormal Elite saytına verdiyi müsahibədən sonra "Noah" ləqəbli anonim şəxsə bir müddət özünü idarə edə bilməsi üçün 700 dollar dəyərində yemək və geyim göndərilib. 

Qaynarinfo.Az