Foto 18:45 24.06.2018

Bu adaya girmək qadağandır (FOTOLAR)

İslandiyanın cənub sahilində yerləşən "Surtsey" adası 1963-cü ildə 3 il davam edən vulkan partlayışlarından sonra yaranıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, adanı maraqlı edən xüsusiyyət buraya heç kimin buraxılmamasıdır. Ada elmi tədqiqatlar üçün istifadə edilir. Alimlər insanın təsiri olmadan ekosistemin necə inkişaf etdiyini öyrənməyə çalışır. Əraziyə girişi icazə verilən şəxslərin buraya müdaxilə etməməsi üçün ciddi tədbirlər görülür, bir ədəd toxum əkilməsinə belə icazə verilmir. Çünki ilk dövrlər pomidor toxumları əkilmiş, sonra şitillər məhv edilmişdi. Ərazidə təbii şəkildə yetişən ilk bitki yosun olub, bəzi quşlar yuva qurmağa başlayıb. Hazırda "Surtsey" dalğa və küləyin təsirilə kiçilməyə davam edir. 

Gülşən