Ölkə 21:30 14.12.2017

Bu axşam Bakının bu rayonlarında su olmayacaq

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr 2017-ci il tarixində axşam saatlarında Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Bu barədə "APA-Economics"ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.