Maqazin 10:44 11.03.2015

Bu ayaqlar 40 milyon dollardır - FOTOLAR

"Qremmi" mükafatının sahibi ayaqlarını rekord qiymətə sığortaladıb. Anspress-in məlumatına görə, bu addımı amerikalı müğənni Taylor Svift atıb. 

Dünya turnesinə çıxmağa hazırlaşan müğənni ayaqlarını 40 milyon dollar qiymətləndirilib. 25 yaşlı ifaçı mahnıları olduğu qədər səhnə şouları və rəqsləri ilə də məşhurdur. O, ayaqları səhnədə hər hansı qəza və zədə alarsa işini itirməmək üçün belə edib. 

Müğənninin yaxınları bu rəqəmin onun özünü belə təəccübləndirdiyini deyib: "Teylor bu rəqəmi eşidəndə həm təccübləndi, həm də utandı. O ayaqlarının bir milyon dəyərində olduğunu düşünürdü". 









Qaynar.info