Ekonomiks 19:14 14.02.2020

300 yaşlı bank adını dəyişdirir

Royal Bank of Scotland Group Plc (RBS) 2020-ci ildə adını dəyişərək, NatWest Group Plc edəcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb. 1727-ci ildə yaranan bank 300 il sonra ilk dəfə rebrendinq edəcək.

2019-cu ilin noyabrında vəzifəsinin icrasına başlayan RBS-nin baş direktoru Alison Roz xərclərin azaldılacağını elan edib. Bildirib ki, rəhbərliyin işi bankın potensialına uyğun deyil. Roz Böyük Britaniyada ilk qadın bank rəhbəri olub.

Qeyd edək ki, 2018-ci ilin maliyyə böhranından sonr RBS milliləşdirilib. Belə ki, səhmlərin 81-i qarşılığında 45,5 milyard funt sterlinq vəsait ödənilib. Eyni zamanda hökumət səhmlərini tədricən sataraq, payını azaldıb.

Bankın rəsmi hesabatında qeyd olunur ki, 2019-cu ilin son rübündə RBS-nin xalis mənfəəti 1,41 milyard funt sterlinq olub. 2018-ci ilin müvafiq dövründə isə bu rəqəm 286 milyon dollar təşkil etmişdi.

Camal