Ekonomiks 15:25 27.12.2017

Bu bankın direktoru vəzifədən gedir

Türkiyənin Azərbaycanda da törəməsi olan "Yapı Kredi Bank”ının baş direktoru Faik Açıkalın təqaüdə çıxmağa hazırlaşır.

Qaynarinfo report-a istinadən xəbər verir ki, onu bu vəzifədə yanvarın 15-dən Gökhan Ürünün əvəz edəcəyi gözlənilir. G.Ürün bundan əvvəl Türkiyənin "Garanti Bank”ında rəhbər vəzifələrdə çalışıb. Onun namizədliyi aidiyyəti dövlət qurumlarında təsdiqləndikdən sonra vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.

Yarım ay ərzində isə "Yapı Kredi Bank”da baş direktoru müvəqqəti Nikollo Ubertalli olacaq. Xatrırladaq ki, F.Açıkalın həm də "Yapı Kredi Bank (Azerbaijan)”ın Müşahidə Şurasının sədridir. Onun işdən getməsi həm də Azərbaycan bankının rəhbərliyində dəyişiklik olması deməkdir.