Dünya 15:42 13.10.2017

Bu canlı ilk dəfə görüntüləndi (VİDEO)

Vəhşi səhra pişiklərinin görüntüləri ilk dəfə qeydə alınıb.

"Qaynarinfo" "Metro" saytına istinadən xəbər verir ki, Mərakeş səhrasında qeydə alınan görüntülərdə təxminən 6-8 həftəlik 3 vəhşi səhra pişiyi oynayır. Qum rəngi və yaxşı gizlənmə qabiliyyəti nəticəsində bu canlının görüntüsünü çəkmək bu günə qədər mümkün olmamışdı.

Pantera araşdırma qrupu tərəfindən çəkilən şəkil və video barədə danışan qrupun rəhbəri bioloq Qreqori Breton bildirib ki, bu pişiklərin görüntülənməsi möhtəşəm hadisədir.

Gülşən

Qaynarinfo.Az