Maqazin 12:50 12.04.2018

Bu da Bred Pittin yeni sevgilisi (FOTOLAR)

İki il öncə Ancelina Colidən boşanan Hollivud ulduzu Bred Pitt bu dəfə yeni sevgilisi ilə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın "US Weekly" və "People" maqazin dərgiləri 54 yaşlı aktyorun Massaçuets Texnologiya İnstitutunun professoru, memar Neri Oksmanla sevgili olduğunu yazıb.

Aktyorun 42 yaşlı professorla ötən ilin payızından etibarən münasibətdə olduğunu vurğulayan hər iki dərgi Bredin yeni sevgilisinin evinə köçməyə hazırlaşdığını da qeyd ediblər.

Pitt ilə Oksmanın sosial şəbəkədə ortaya çıxan fotosundan sonra dərgilər bu iddia ilə çıxış edib. Xəbər mətbuatda yayıldıqdan sonra foto sosial şəbəkədən silinib.

B.Pittə yaxın mənbə "People" dərgisinə açıqlamasında aktyorun həyatının ən xoşbəxt anlarını yaşadığını deyib.

Aktyor sözügedən iddialarla bağlı hələlik heç bir açıqlama verməyib.

Atası amerikalı, anası yəhudi olan Oksman tibb fakültəsini bitirib. O bundan öncə İsrail ordusunda xidmət edib. Qüds və Londonda təhsilini davam etdirən Oksman 2005-ci ildə ABŞ-a köçüb.