Ekonomiks 13:22 05.09.2013

Bu da Samsung Galaxy Note III - FOTO - VİDEO

Samsung şirkəti Berlində keçirilən “Unpacked 2013 Episode 2″ adlı tədbirdə, Samsung Galaxy Note III təqdimatını keçirib.

7/24 news-un verdiyi xəbərə görə, Note III öncəki modelindən ekran böyüklüyü, daha nazik olması və batareya gücü ilə fərqlənir. Yeni smartfon, 5.7 Super AMOLED Full HD display, 13 meqapiksellik smart stabilizatorlu kamera ilə təchiz olunub. Çəkisi 168 qram, eni isə 8.3 millimetrdir. Əvvəlki Note II modelində batareya həcmi 3100 mAh olduğu halda, yenilənmiş modeldə baterya həcmi 3200 mAh -ə qaldırılıb. Həmçinin model 3 GB -lik RAM-a da sahibdir. Galaxy Note III Android 4.3 Jelly Bean ƏS üzərində çalışacaq. Cihazın qara, ağ və çəhrayi rəng versiyaları satışa çıxarılacaq. Təqdimatda deyilənə görə, cihaz 25 sentyabr tarixindən dünyanın 140 ölkəsində satılacaq.

Cihazın texniki xarakteristikaları aşağıdakılardır:

Əməliyyat Sistemi: Android 4.3 Jelly Bean

Şəbəkə: GSM/GPRS/EDGE (850 / 900 / 1800 / 1900 МHZ), HSPA+ 42 Мbit/s (850 / 900 / 1900 / 2100 МHZ), 4G LTE Cat 4 150 Мbit/s

RAM: 3 GB

Wi-Fi (802.11 a/b/g/n/ac, HT80), Bluetooth 4.0(LE), GPS, NFC, İK LED , MHL 2.0

Sensorlar: akselerometr, işiqlandırma sensoru, rəqəmsal kompas, yaxınlaşma sensoru, hiroskop, barometr, temperatur sensoru

Daxili yaddaş: 32 və ya 64 GB

Stilus S Pen

Batareya: 3200 mAh

Ölçülər: 151,2 x 79,2 x 8,3 mm

Çəki: 168 qr.

Qaynar.info