Sağlamlıq 22:36 17.09.2018

Bu dərmanın xeyirindən çox zərəri var

Yaşı 70-dən çox olan və bu yaşa qədər ürəyində hər hansı problemi olmayanlar üçün hər gün aspirin qəbul etmək yarardan çox zərər verir.

Qaynarinfo xəbər verir ki, bu şəxslərin hər gün aspirin qəbul etməsi daxili qanaxmaya səbəb ola bilər.

Uzun illərdir gündə bir aspirin qəbul edilməsinin ürək xəstəlikləri üçün faydalı olduğu bildirilir. Lakin aparılan son araşdırma bunun hər kəsdə eyni nəticə göstərmədiyini ortaya çıxarıb. Belə ki, ABŞ və Avstraliyada keçmişdə ürək xəstəliyi keçirməmiş, sağlam və yaşı 70-dən çox olan 19 114 nəfər üzərində təcrübə aparılıb. 5 il müddətində istifadəçilərin yarısına zəif dozada aspirin verilib.

Aspirin qəbul edən və etməyənlər gündəlik nəzarətdə saxlanılıb. Məlum olub ki, aspirin qəbulu ürək xəstəlikləri riskini azaltmamaqla yanaşı, onun heç bir faydası da yoxdur, əksinə mədə qanaması keçirənlərin sayı artıb.

Monaş Universitetindən professor Con McNeil bu araşdırmanın nəticəsinin oxşar əlamətləri olan hər kəs üçün keçərli olduğunu deyib:

"Araşdırma qanama riskini balansda saxladığı deyilən aspirinin faydasının olmadığını göstərir".

Aparılan araşdırma nəticəsində ürək xəstəliyi, iflic keçirməmiş şəxslər üçün aspirin özbaşına qəbul tövsiyə edilmədiyi vurğulanır. /Publika.az