Sağlamlıq 15:00 23.09.2019

Bu dərmanları bu qidalarla birlikdə qəbul etməyin: Ölərsiniz...

Rusiyanın Elmi Tibbi Terapevtlər Cəmiyyətinin üzvü, Səhiyyə Nazirliyinin Serebrovaskulyar Patalogiyası və İnfarkt üzrə Federal Mərkəzinin farmakoloqu Andrey Kondraxin dərmanlarla birlikdə qəbul etmək məsləhət görülməyən qidaları açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyahıda ilk yerdə alkoqollu içkilər qərarlaşıb. Spirtli içkilərlə qəbul edilən dərmanlar hətta ölümə belə səbəb ola bilir. 

Moruğun aspirin və ibuorofenlə eyni anda qəbulu məsləhət görülmür. Bu, giləmeyvənin tərkibindəki salilik turşusu ilə əlaqədardır. Moruq bu dərmanla reaksiyaya girsə, daxili qanaxmaya səbəb ola bilər.

Qreypfrut xolesterolu aşağı salan dərmanlarla birlikdə qəbul olunmamalıdır. Həkimlər bildirir ki, buna görə ölüm halları belə baş verib. 

Əgər kalsium tərkibli dərmanları südlə içsəniz, dərmanın təsirini azaldacaqsınız. Südü antibiotiklə birlikdə içmək xüsusilə təhlükəli hesab edilir.

Qanı duruldan dərmanlar içən zaman ispanaq, brokkoli və salat yemək məsələhət görülmür.

Təzyiqi aşağı salan dərmanları içərkən çuğundur, çiyələk, başınağacı bitkisi yesəniz, dərmanın təsirini artırmış olacaqsınız.

Gülşən