Ölkə 12:53 14.10.2019

Bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb. 

Qaynarinfo xəbərinə görə, bu gün Abşeron rayonu, Masazır dairəsindən "Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ilə əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb.

Bunu nəzərə alaraq BDYPİ sürücülərdən xahiş edir ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər.