Nadir rast gəlinən və tamamilə yenilənmiş Holiday House Geographic karvanı satışa çıxarılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, mühəndis Çak Pelli tərəfindən 1962-ci ildə dizayn edilən 7 pəncərəli karvan səyahətə çıxanlar üçün nzərdə tutulub. 

Dörd nəfərin qala biləcəyi karvan 1962-ci ildə 8500 dollara idisə, yeniləndikdən sonra qiyməti 250 min dollar olub.

Böyük zövqlə dizay edilən və qoz ağacından hazırlanan mebellərlə yığılan karvanda yaşayış üçün lazımi hər cür şərait var.