Dünya 22:24 23.04.2013

Bu foto qalmaqal yaratdı - FOTO

Microsoft şirkətinin sahibi Bill Qeyts Cənubi Koreya səfəri zamanı prezident Park Geun-Hye ilə görüşərkən bir əlini cibindən çıxarmadığı üçün tənqidlərə məruz qalıb. 

Qaynar.info-nun məlumatına görə, dünən görüşən Park və Qeytsin fotosu Cənubi Koreya mətbuatının gündəmini işğal edib. 

Ölkədə nəşr olunan "JoongAbg Ilbo" qəzeti Qeytsin bu hərəkətini "mədəniyyət fərqi və hörmətsizlik" adlandırıb. 

Cənubi Koreyanın bəzi xəbər portalları Bill Qeytsin digər liderlərlə də bu görüşdüyü fotolarını yayımlayıb. 2008-ci ildə də Cənubi Koreyanın keçmiş prezidenti Li Myunq-Bakla görüşən Qeyts o zaman da əlini cibindən çıxarmamışdı. 

Qaynar.info