Foto 12:03 04.10.2018

Bu gün elektron cihazlarınızda problem yaranacaq - XƏBƏRDARLIQ

Bu gün Yer kürəsinin güclü maqnit qasırğasının təsiri altına düşəcəyi bildirilib.

Qaynarinfo xarici mətbuata istionadən xəbər verir ki, mütəxəssislər bu səbəbdən elektron cihazlar və peyk əlaqə sistemlərində problemlərin yarana biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Günəşin üzərində olan 2 böyük dəliyin yerə istiqamətlənməsi ilə bərabər Yer kürəsi güclü təsirə məruz qalacaq. Maqnit qasırğası Avropanın şimalında güclü qütb parıltılarının görünməsinə səbəb olacaq. Qütb parıltılarını İslandiya, Norveç, Finlandiya və İsveç sakinləri görə də biləcəklər.