Ölkə 09:57 21.10.2013

Bu gün Gülər Əhmədovanın məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesi üzrə hazırlıq iclası keçiriləcək. 

Adı ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə rüşvət vidoeqalmaqalında hallandırılan Gülər Əhmədovanın məhkəmə prosesində iştirakı gözlənilir. Lakin hazırlıq iclası olduğuna görə G.Əhmədova məhkəməyə gətirilməməsi ehtimalı da var. 

Xatırladaq ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. 

Cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qaynar.info