Ölkə 09:45 15.10.2013

Bu gün hava yağmurlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında səhər havanın buludlu olacağı, arabir yağış yağacağı, axşam qeyri-sabit hava şəraitinin davam edəcəyi, yağış yağacağı gözlənilir. 

Səhər zəif şərq küləyi, gündüz və axşam isə mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun səhər 15-17, gündüz 18-20, axşam 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Oktyabrın 16-da səhər havanın tutqun olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi, axşam dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər mülayim cənub-şərq küləyi, gündüz və axşam cənub küləyi əsəcək, arabir üclənəcək. Havanın temperaturunun səhər 16-18, gündüz 16-20, axşan 15-17 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info