Ölkə 09:40 18.10.2018

Bu gün paytaxtın bu ərazisində su olmayacaq

Bu gün Bakının Yasamal rayonuna içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-dən Qaynarinfo-ya daxil olan məlumatda bildirilir.

Məlumata görə, rayonun ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsində su kəsiləcək. 

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.