İdman 18:16 15.11.2013

Bu gün Ronaldo və İbrahimoviçin taleyi həll olunur


Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə pley-off oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Braziliyada keçiriləcək mundiala qatılmaq üçün mübarizəni davam etdirən 8 komanda ilk oyunlarına çıxacaq.

Avropanın son 4 təmsilçisi olmaq iddiasında olanlar seçmə mərhələdə qrupda 2-ci yeri tutanlardır. Günün ən maraqlı qarşılaşması Portuqaliya ilə İsveç arasında olacaq. Planetin ən güclü futbolçularından olan Kriştianu Ronaldo ilə Zlatan İbrahimoviç bu gün Pireney yarımadasında üz-üzə gələcək.

Daha bir ulduz Frank Riberili Fransa yığması Ukrayna önünə çıxaracaq. Yunanıstan – Rumıniya və İslandiya – Xorvatiya matçlarında onlar səviyyəsində ulduz olmasa da maraqlı mübarizənin yaşanacağı şübhə doğurmur.

Qaynar.info