2017-ci ildən əvvəl kriptovalyuta vahidləri üçün heç də ürəkaçan proqnozlar verilməsə də, Bitcoin və altcoinlərdə böyük yüksəliş yaşanmış, Bitcoin 1300% artaraq ən yüksək səviyyəsinə çatmışdı.

2018-ci il üçün 10 min dollarlıq hədəf qoyulsa da, sonradan 20 min dollara yüksələn bir kriptovalyuta görmüşdük. Kriptovalyutalar 2017-ci ildəki uğuru bu ildə də təkrarlaya bilərlər.

Bitcoin kriptovalyuta bazarında hələ də 40% nisbətində dominantlıq edir. Eniş və yüksəlişlərdən sonra hazırda 11 dollar səviyyəsində sabitləşib. Bu da yaxın həftələrdə növbəti dəyər artımına səbəb ola bilər. Ənənəvi birjalardakı ani böhrandan sonra Bitcoin Bitcoin qaçış nöqtəsi elan edilmiş, dövlət müdaxilələrindən qaçmaq üçün təcili çıxış qapısı funksiyasını yerinə yetirmişdi. Hələlik ənənəvi valyutalara tamamilə alternativ hesab olunmasa da, Bitcoin-in 2018-ci ildə ciddi uğurlara imza atacağını göstərən bir çox səbəb var.

– "Lightining Network” ilə başlayan yeniliklər investorlara şəbəkədə ərbəst şəkildə hərəkət etməyə imkan verəcək.

– Dünyanın böyük şirkətlərindən birinin Blockchain texnologiyasını öz infrastrukturuna uyğun hala gətirmək üçün işə başladığı xəbərləri yayılıb.

– Tərtibatçıların adından savayı fərqliliyi olmayan tokenlərin əvəzinə sektora yenilik və fərqli perspektivlər gətirən layihələrə diqqət yetirməsi həm innovasiya, həm də investisiyalar üçün yaxşı mühit yaradır.

– ABŞ və Rusiyanın sənayedə əhəmiyyətli tənzimləmələrə başlaması investorlar tərəfindən yaxşı qarşılanmasa da, vəziyyət heç də belə deyil. Uzunmüddətli perspektivdə şirkətlər investisiyada sabitliyə nail olarlar, bu tənzimləmələr firmaların öz investisiyalarına daha da etibar etməsinə imkan yaradar.

Bütün bu yeniliklərin fonunda kriptovalyutaların bu il 2017-ci ildə olduğu kimi sürətlə artmasının şahidi ola bilərik. Ancaq burada unudulmaması lazım olan digər amil rəqəmsal valyutaların heç vat hər hansı plana və layihəyə sadiq qalmadıqlarıdır. Kriptovalyutalar investorlara sürpriz etməyi sevirlər, bunu yadda saxlayaraq daha diqqətli olun! (kripto.az)