Bu kənddə 20 ildən çoxdur

Bu kənddə 20 ildən çoxdur "Son zəng" çalınmır (FOTOLAR)

Quba rayonunun Töhmər kəndindəki orta məktəbdə 20 ildən çoxdur "Son zəng" çalınmır.

"Report"un verdiyi məlumata görə, SSRİ dağıldıqdan sonra kənd məktəbi cəmi bir neçə il fəaliyyət göstərib, sonralar isə baxımsızlıq üzündən tədricən dağılmağa başlayıb. 

İyirmiyə yaxın ailənin yaşadığı kəndin sakinlərinin sözlərinə görə, həmin dövrdən məktəb yaşına çatmış uşaqlar bu günədək məktəbin nə olduğunu bilmirlər: "İndiki uşaqları da həmin aqibət gözləyir. Onlar televiziya vasitəsilə məktəbliləri seyr etdikdə gözlərinin yaşardığını deyirlər. Onlar da məktəbə getmək, "Birinci zəng" və "Son zəng" səsini eşidib sevinmək istəyirlər".

Sakinlər həmçinin bildirib ki, avtomobil yolunun olmaması səbəbindən uşaqlarını qonşu kəndlərdəki məktəblərə də göndərə bilmirlər.
XƏBƏRLƏR
BLOGLAR