İdman 17:34 14.08.2013

Bu klubu Çempionlar Liqasından kənarlaşdırdılar

Ukraynanın “Metallist” klubu avrokuboklardan kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın Apellyasiya Komitəsi Çempionlar Liqasının pley-off mərhələsində Almaniyanın “Şalke” klubu ilə görüşməli olan Xarkov təmsilçisinin yarışdan kənarlaşdırılmasını məqbul sayıb.

 UEFA İntizam Komitəsinin qərarını və ukraynalıların şikayətini araşdıraraq, cəzanın 2013/14 mövsümünə tətbiq olunmasını lazım bilib.

 Bundan sonra danışılmış oyunlarda iştiraka görə belə cəza alan “Metallist”in yeganə ümid yeri İdman Arbitraj Məhkəməsidir. Xarkovluların cəzalanmasından sonra avrokuboklarda mübarizənin necə davam etdiriləcəyinə isə İcraiyyə Komitəsinin 5 üzvündən təşkil olunan İşçi Qrupu verəcək.

Qaynar.info