İdman 09:00 23.03.2018

Bu klubun gənc futbolçuları varlı kişilərə satılıb - ŞOK

Argentinanın məşhur futbol klublarından olan "İndependiante"nin gənclərdən ibarət komandası barədə qalmaqallı xəbər yayılıb. 

Qaynarinfo xəbər verir ki, komandada çıxış edən 14-16 yaşlı futbolçuların pul qarşılığında varlı kişilərlə seksual münasibətə məcbur edildiyi iddia olunub.

Argentinanı sarsıdan olay gənc futbolçulardan birinin bununla bağlı psixoloqa etdiyi etiraflar olub. Xəbər yayılan kimi başlayan araşdırmalar klubun gəncəlr komandasının koordinatoru Fernando Beronun hədəfə çevirilməsi ilə nəticələnib.

Argentina mediasının məlumatına görə, son 4 ayda klubun gənclər komandasının 20-yə yaxın üzvü bir pedofil seks halqasının qurbanına çevirilib. Gənc futbolçuların Buenos Ayresdəki villalarda cinsi istismara məruz qaldığı bildirilir.

Yaşlı və varlı kişilərlə birlikdə olmağa məcbur edilən futbolçuların seks qarşılığında 35 funt-sterlinq aldığı, gənclər liqası oyunlarını idarə edən bəzi hakimlərin də bu şəbəkənin içində olduğu iddia edilir.

Məsələ ilə bağlı açıqlama verən "Independiente" klubunun vəkili Daniel Llermanos "Bir psixoloq və futbolçu arasında keçirilən görüşdən sonra araşdırmalar başlayıb. Çox həssas vəziyyətdi və bəzi insanlar bundan mediada pis məqsədərlə istifadə edə bilər" deyib.